Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı işçi fəalın həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı və bir neçə xəstəlikdən əziyyət çəkən işçi hərəkatı fəalı Rza Şəhabinin vəziyyətinin ağırlaşmasına baxmayaraq onun müalicəsinə icazə verilmir.

Evin zindanının rəhbərliyi həkimlərin Rza Şəhabinin həbsxanadan kənarda- xəstəxanada təcili əməliyyat edilməsi barədəki arayış və tövsiyələrinə əhəmiyyət vermir. Bu da azərbaycanlı fəalın həyatına ciddi təhlükə yaradır.

Qeyd edək ki, 2022-ci il mayın 12-də həbs edilən fəal əslən Güney Azərbaycanın Şəbistər şəhərindəndir.

Azərbaycanlı işçi fəalı “hökumətə qarşı təbliğat” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək, 6 il azadlıqdan məhrum edilmişdi.

Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman məmurlar tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət almışdı.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …