Bazar , Noyabr 29 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal zaminə buraxılıb

GADTB: İrqçi fars-molla rejimin iki gün öncə Heris şəhərində iş yerində həbs eitdiyi azərbaycanlı milli fəal Babək Əsədi 2 milyard tümən girov qarşılığında Təbriz zindanından zaminə buraxılıb.

Babək Əsədi Herisdəki iş yerində, İnstaqram səhifəsində Kəşfiyyat İdarəsinin qanunsuz və şifahi çağırışlarını tənqid edən hekayə dərc etdikdən sonra həbs edilib.

Qeyd edək ki, onun həbsindən bir gün öncə təhlükəsizlik qüvvələri heç bir göstəriş olmadan fəalın iş yerində və anasının evində axtarış aparıblar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …