Çərşənbə , İyul 29 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəaldan hələ də xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Vədud Əsədidən hələ də xəbər yoxdur.

Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin tutulmasından bir həftədən çox keçməsinə baxmayaraq, o, hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Azərbaycanlı milli fəalın yaxınları onun həbsi barədə deyiblər: “Əsədinin həbsindən bir həftədən çox keçib. Onun ailəsi dəfələrlə məhkəmə orqanlarına müraciət etsələr də, onun vəziyyəti ilə bağlı dəqiq məlumat ala bilmirlər. Buna görə də, ailəsi olduqca narahatdır. Bununla yanaşı, milli fəal öz vəkili ilə görüşdən və ailəsi ilə telefon danışığındann məhrum edilib”.

Həmçinin yoxlayın

SEPAH terror təşkilatı İordaniyaya və Hörmüz boğazında üç neft tankerinə raket hücumu edib

GADTB: SEPAH terror təşkilatı bəyan edib ki, xəbərdarlıqlara baxmayaraq “təhlükəli və qeyri-qanuni marşrut” üzrə hərəkəti …

Maral 80 ildən sonra Qaradağ meşələrinə qayıtdı

GADTB: Azərbaycanın ən qiymətli və gözəl yerli maral növlərindən biri yenidən Şərqi Azərbaycan əyalətinin Qaradağ …