GADTB: irqçi fars-molla rejimin Kərəcdəki Keçui həbsxanasında 6 aylıq həbs cəzası üçün həbsə saldığı Güney Azərbaycanın milli fəalı Ovçu Məhəmmədian həbs müddətinin üçdə birini başa vurmasına baxmayaraq hələ də məzuniyyət hüququndan məhrumdur.
Azərbaycanlı milli fəalı Ovçu (Səyyad) Məhammadian Kərəcdəki şəxsi evində molla rejimin qüvvələri tərəfindən həbs olunduqdan sonra dekabrın 5-dən Kərəcdəki Keçuyi həbsxanasında 6 aylıq həbs cəzasını çəkir.
Azərbaycanlı fəal əvvəllər mayın 26-da rejimin Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilib və 30 gün qanunsuz həbsdə saxlanılıb. Nəhayət, 700 milyon Tümən girov müqabilində sərbəst buraxıldı.