GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyiazərbaycanlı milli fəal Babək Rəhməti girov qarşılığında zaminə buraxılıb.
Azərbaycanlı milli fəal sentyabrın 25-də 300 milyon tümən girov qarşılığında zaminə buraxılıb.
Azərbaycanlı fəal sentyabrın 16-da İranın Kiberməkana Nəzarət Polisinin (FƏTA) əməkdaşları tərəfindən öz mağazasında həbs edilmişdi.
Qeyd edək ki, azərbaycanlı milli fəalın kompüteri və mobil telefonu ETTELAAT qüvvələri tərəfindən müsadirə edildiyi üçün o, zaminə buraxılması haqda dostlarına məlumat verə bilməyib. Bundan əlavə, onun şəxsi mobil telefonu və komputeri hələ də geri qaytarılmayıb.