
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-rejimin icazəi ilə kürdlər Azərbaycan şəhərini kürd şəhəri kimi təqdim etmək məqsədilə burada Novruz mərasimi keçirəcək.
Muhacir kürdlər mərasimi Güney Azərbaycan Naxçıvanla sərhəddə yerləşən Poldəşt şəhərində keçirəcəklər. Bunda məqsəd isə həmin Azərbaycan bölgəsini Kürdüstan, bölgə sakinlərini isə kürd kimi təqdim etməkdir.
Azərbaycan torpaqlarına qarşı ərazi iddiası ilə bağlı məlumatlar kürddilli media ilə yanaşı, bəzi farsdilli mediada və Almaniya radiosunun fars bölməsində də əks olunub.
Almaniya radiosunun fars bölməsi Poldəştdə keçirilən tədbiri “İranın kürd bölgələrində bayramqabağı şənlik mərasimləri” başlığı ilə yayıb.
Bununla eyni vaxtda Qərbi Azərbaycan əyalətinin Makı və Bukan şəhərlərində də oxşar tədbirlər keçirilib, ərazi iddiaları irəli sürülüb.
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhəri və başqa yerlərdə də oxşar tədbirlərin keçirilməsi ilə bağlı rəsmi icazə alındığı, qarşıdakı günlərdə geniş tədbirlərin keçiriləcəyi bildirilir.