Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin müstəmləkə siyasətinin nəticələri; Qərbi Azərbaycan işçilərinin 65 faizi evsizdir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin irqçilik siyasəti nəticəsində Qərbi Azərbaycan işçilərinin 65 faizi evsizdir.

Qərbi Azərbaycan İslami İş Şuralarının katibi Əli Səhranəvərd həmçinin deyib ki, Qərbi Azərbaycan əyalətinin işçilərinin 65 %-i işsizdir.

Əli Səhranəvərd “İlna” xəbər agentliyinə verdiyi müsahibədə deyib ki, Qərbi Azərbaycan üzrə işçilərin 65 faizinin şəxsi yaşayış yeri olmadığı üçün onlar əmək haqqının 80%-ə yaxınını mənzil kirayəsinə xərclənir.

O, son vaxtlar əmək haqlarının yalnız 3-də bir artdığını, bunun qarşılığında isə son iki ildə inflyasiya və bahalığın daha çoxaldığını söyləyib.

Səhranəvərd bütün bu problemlərlə yanaşı işçilərin iş təhlükəsizliklərinin, yəni davamlı iş yeri problemlərinində həll olunmadığını bildirib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …