Çərşənbə axşamı , İyul 28 2026
azfa

Molla rejimin qaşqay türklərinə hücumu və represiya siyasəti davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin qaşqay türklərinə hücumu və represiya siyasəti davam edir.

Rejimin məmurları qaşqayların kompakt yaşadığı Qaşqay Yurdun İslamabad bölgəsinin Səfixanlı kəndinə hücum ediblər.

Qaşqayların “Baydaqnyuz” saytının sosial şəbəkələrində bu barədə məlumat yayılıb.

Molla rejimi bu vasitə ilə sakinlərin torpaqlarını əlindən almaq istəyir.

Hücumda bir helikopter, bir neçə zirehli maşın və yüzlərlə polis və xüsusi təyinatlı iştirak edib.

Sakinlər hökumət məmurlarının qanunsuz hərəkətinə etiraz etdiyi üçün qarşıdurma yaranıb.

Döyüş və saçma tüfənglərdən açılan atəş nəticəsində 30-a yaxın insan yaralanıb, üçünün vəziyyətinin ağır olduğu bildirilir. Yaralananların çoxunun qadın və uşaqlar olduğu bildirilir.

Hadisənin ictimailəşməsindən sonra rəsmilər hücumun bölgədə həşiş əkini barədə məlumatları yoxlamaq məqsədilə həyata keçirildiyini iddia ediblər.

Bir neçə nəfərin həbs olunduğu bildirilsə də, onların sayı, kimliyi və hara aparıldıqlarını dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, son illər molla rejimi qaşqay türklərinin ərazilərini əlindən almaq üçün dəfələrlə onlara hücum edib.

https://www.instagram.com/reel/C_VJpMuOQEZ/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …