GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, keçən il kütləvi etirazlar zamanı həbs edilən və Kerman əyalətindəki Kəhnuc zindanına göndərilən azərbaycanlı etirazçı Səhənd Nurməhəmmədzadənin saxlanıldığı həbsxanada görmə qabiliyyətində ciddi problem yaranıb.
Bu barədə azərbaycanlı gəncin atası Cəfər Nurməhəmmədzadə öz “İnstagram” hesabında məlumat paylaşıb.
O, zibil qutusuna təpik atdığına görə 16 il müddətinə azadlıqdan məhrum edilən oğlunun sağ gözünün vəziyyətinin pisləşdiyini deyib.
Cəfər Nurməhəmmədzadə müsahibəsində deyib: “Oğlumun sağ gözündə problem yaranıb. Sən İslamdan, ədalətdən danışırsan. Hansı ədalət? Oğluma ədalət istəyirəm!”.