GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəal Leyli Purbaba hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Xanım fəalın ailəsinin müraciətlərinə də cavab verilmir.
Leyli Purbabanın ailəsinin aidiyyəti orqanlara fəalın vəziyyəti ilə bağlı müraciətləri də cavabsız qalıb.
Azərbaycanlı xanım fəala qarşı hansı ittihamların irəli sürüldüyü və saxlanılma şərayiti barədə dəqiq məlumat verilmir.
Qeyd edək ki, Leyli Purbaba noyabrın 2-də polis bölməsinə çağrıldıqdan sonra həbs edilib.