Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimin yaxladığı Arəş İffətini girov qarşılığında zaminə buraxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxladığı azərbaycanlı fəal Arəş İffətini girov qarşılığında zaminə buraxıb.

Molla rejimi iki həftə öncə Təbrizdə yaxaladığı azərbaycanlı fəal Arəş İffətini oktyabrın 23-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxıb.

Rejimin məmurları fəalı həbs etdikləri zaman onun evində axtarış aparılıb, ona məxsus kompüteri, telefonu, kitablar, seyf və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Hələlik fəalın şərlənib nədə ittiham edilməsi barədə heç bir məlumat əldə etmək olmayıb.

Qeyd edək ki, irqçi fars rejim etirazlar başlayandan çox sayda azərbaycanlı fəalı heç bir günahı olmadan həbs edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …