Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Yüzlərlə hüquqşünas BMT-yə İranda insan haqları ilə bağlı çağırış edib

GADTB: 20-dən çox ölkədən 680-dən çox hüquqşünas, hüquq universitetinin professoru və insan haqları fəalları Birləşmiş Millətlər Təşkilatının Baş katibinə İranla bağlı çağırış edib. Məktubda etiraz aksiyalarının zorakılıqla yatırılmasının və qanunların geniş şəkildə pozulmasının dayandırılması tələb edilir.

Sənəddə baş katib Antonio Quterreşdən təcili olaraq müstəqil komitənin yaradılması və İnsan Haqları Şurasının İranla bağlı fövqəladə iclasının keçirilməsi tələb olunub.

İran, Amerika, İngiltərə, Kanada və İsrail də daxil olmaqla müxtəlif ölkələrdən 687 vəkil və hüquqşünasın imzaladığı məktuba əsasən, insan haqlarının geniş şəkildə pozulması və Məhsa Əmininin öldürülməsinin ardından meydana gələn xalq etirazlarını şiddətli yatırılması qeyd olunub.

Məktubda İranın bir sıra əyalətlərində, o cümlədən Sistan-Bəluçestan əyalətində uşaqlar da daxil olmaqla etirazçıların güllələnərək qətlə yetirildiyi vurğulanıb.

Bununla yanaşı, İslam Respublikasının təcili tibbi yardım maşınlarından başqa niyyətlərlə, o cümlədən silahlı hökumət qüvvələrini daşınması və narazıların saxlanılması üçün istifadə edilməsinin hərbi cinayət mahiyyətli olduğu diqqətə çatdırılıb.

Məkubu imzalayanlar önləyici tədbir kimi keçmiş siyasi məhbusların, jurnalistlərin, idmançıların, hüquq müdafiəçilərinin hökumət tərəfindən saxlanılmasının beynəlxalq və mülki qanunlara zidd olduğunu bildiriblər./ Azad İran

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …