Şənbə , Dekabr 28 2024
azfa

Molla rejiminin dinc etirazlarda güllələyib öldürdüyü şəxslərin sayı açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin dinc etirazlarda güllələyib öldürdüyü şəxslərin sayı açıqlandı.

İranın Hüquq Müdafiəçiləri Qrupunun saytı dekabrın 2-də bununla bağlı məlumat yayıb.

İran İnsan Haqları Təşkilatının dekabrın 2-i axşam saatlarına yaydığı məlumatda 17 sentyabr – 2 dekabr tarixlərində İran adlanan yerdə davam edən kütləvi etirazlar zamanı 64-ü uşaq olmaqla 469 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib. Əlbəttə bu rəqəm öldürüldüyü tam dəqiqləşdirilən şəxslərin sayıdır.

Bununla yanaşı, məlumatda 18210 nəfərin yaxalandığı, onlardan 3524-in kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 584 nəfərinin öyrənci olduğu qeyd edilib.

Məlumatda bildirilib ki, bu müddət ərzində 159 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 143 universitetin tələbələri etirazlara dəstək verib.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …