Şənbə , İyul 20 2024
azfa

Molla rejiminin Güney Azərbaycanda məktəblərə kimyəvi terror hücumu geniş vüsət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Güney Azərbaycanda məktəblərə kimyəvi terror hücumu geniş vüsət alıb.

Aprelin 17-də Güney Azərbaycan şəhərləri də daxil olmaqla ən azı İranın 12 şəhərində məktəblərə kimyəvi terror hücumu və şagirdlərin zəhərlənməsi davam edib.

Güney Azərbaycanın Təbriz, Urmiya, Kərəc, Bukan və s. Şəhərlərində, eləcə də İranın İsfahan, Sənəndəc, Kirmanşah, Mahdəşt, Dezful, Gilanqərb, Saqqız, Divandərə və s. şəhərlərində yüzlərlə orta məktəb şagirdinin zəhərləndiyi bildirilir.

Təbrizin “Asiman” orta məktəbində övladları zəhərlənən valideynlər məktəbin qarşısına toplaşaraq təcili yardım maşınını gözləyiblər.

Hadisədən sonra məktəbin direktoru şagirdlərə küçəyə çıxmağa icazə verməyib. Övladlarının vəziyyəti ilə bağlı məlumat ala bilməyən valideynlər etiraz ediblər.

Molla rejimi faktı gizlətməyə çalışdığı üçün zəhərlənmə ilə bağlı rəsmi açıqlama verilməyib və zəhərlənən şagirdlərin sayı açıqlanmayıb.

İranda qız məktəblərində şagirdlərin zəhərlənməsi ilk dəfə 2022-ci il noyabrın ayında Qum şəhərində qeydə alınıb.

Bu günə kimi 28 əyalətin 100 şəhərin 250-dən çox məktəbində 5 mindən çox qız şagird zəhərlənib.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …