Cümə , İyul 17 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Hüseyn Xudayi zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurlarının həbs etdikləri Təbrizdə yaşayan azərbaycanlı milli fəal Hüseyn Xudayi zaminə buraxılıb.

Azərbaycanlı həkim və fəalın dünən vəsiqə qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

İraq-İran müharibəsi dövründə yaralanmış və müharibə əlili olan azərbaycanlı fəal revmatizm, göz və ürək xəstəlikləri ilə bağlı müalicə almaqdadır.

Qeyd edək ki, azərbaycanlı fəal və həkim Hüseyn Xudayi dekabrın 7-i axşam saatlarında İranın ETTELAAT məmurları tərəfindən iş yerində həbs edilmişdi.

Rejimin məmurları həmçinin fəalın şəxsi evinə də basqın etmişdilər.

Hələlik azərbaycanlı milli fəalın harada saxlanılması və həbsinin səbəbləri barədə heç bir məlumat yoxdur.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İranda dolların məzənnəsi 191 min tümənə yüksəlib

GADTB: İran ilə ABŞ arasında Yaxın Şərqdə davam edən yeni hərbi qarşıdurma fonunda, cümə günü, …