
GADTB: Həbsxaba nəzarətçisi 3 yaşlı övladının qarşısında məhbus qadını lüt soyunmağa məcbur edib.
Son bir neçə gündə İslam Respublikasının həbsxanalarında qadınların lüt soyundurulması ilə bağlı xəbərlər yayılıb.
Tükürpədici məlumatla göstərir ki, bu qadınların çoxu kamerlaların obyektivinin qarşı tərəfində çılpaq bədənlərinə hansı şəxsin və ya şəxslərin baxdığını və bu videoların hansı məqsədlə çəkildiyini dəqiq bilmədən kamera qarşısında tamamilə çılpaq qalmağa məcbur ediliblər.
Təbrizdən olan uşaq hüquqları müdafiəçisi “İranwire” saytına bildirib ki, zindandakı nəzarətçilər qadınları soyundurmaqla yanaşı, onların nəsə gizlətmədiyinə əmin olmaq üçün əllərini də onların vaginalarına və anuslarına salıblar.
Hüquqşünas Peqah Bənihaşem bu barədə deyir: “Məhbus qadınlara qarşı əliuzunluq yoxlama zamanı davamlı olaraq həyata keçirilir”.