Cümə axşamı , Oktyabr 15 2026
azfa

Təbrizdə su kəsintisi ilə bağlı əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 6-ı gecə saatlarında Təbrizin Bağmeşə və Abbasi bölgələrində içməli suyun bir həftədir kəsilməsi əhalinin ciddi narazılığına səbəb olub.

Həmin məhəllələrin əhalisi axşam saatlarında etiraz aksiyası keçirib və suyun verilməməsinə etiraz ediblər.

Etirazçılar hökumət nümayəndələri və əlaqədar dövlət qurumlarının problemin həlli ilə bağlı  tədbir görmədiklərinə narazılıqlarını bildiriblər.

Qeyd edək ki, irqçi fars-molla rejimin Güney Azərbaycana ögey münasibəti nəticəsinə artıq bütün sahələrdə Güney Azərbaycanda böhran yaşanır.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …