Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Mossadın silahlı kürd qruplarının İrana daxil olması layihəsini hazırlayan iki rəsmisi vəzifədən uzaqlaşdırılıb

GADTB: İsrail mediası xəbər verir ki, Mossadın rəhbəri Roman Qofman İran rejiminin dəyişdirilməsinə yönəlmiş əməliyyat planının hazırlanmasında iştirak edən bu qurumun iki yüksək vəzifəli rəsmisini vəzifələrindən uzaqlaşdırıb.

Məlumata görə, vəzifədən kənarlaşdırılan şəxslərdən biri Mossadın Kəşfiyyat İdarəsinin rəhbəri, digəri isə qurumun İran şöbəsinin rəhbəri olub.

İsrailin Kanal 12 telekanalının məlumatına əsasən, sözügedən plan silahlı kürd qruplarından istifadə etməklə genişmiqyaslı etirazların təşkil olunmasını və İran rejiminin devrilməsi üçün zəmin yaradılmasını nəzərdə tuturdu. Planın əməliyyat hissəsinə görə, İsrailin İran–İraq sərhədində SEPAH mövqelərinə endirəcəyi zərbələrin silahlı kürd qüvvələrinin İranın şimal-qərbinə, xüsusilə də Azərbaycanın qərb bölgəsində yerləşən şəhərlərə daxil olması üçün şərait yaratması planlaşdırılırdı.

Lakin planın mediaya sızması, Türkiyənin sərt etirazı və təzyiqləri, eləcə də bəzi silahlı kürd qruplarının tərəddüdləri nəticəsində Vaşinqton bu hissənin icrasından imtina edib.

Məlumata görə, adıçəkilən iki yüksək vəzifəli şəxsin vəzifədən ayrılması tərəflərin qarşılıqlı razılığı əsasında və Mossadda aparılan genişmiqyaslı yenidən təşkilatlanma çərçivəsində həyata keçirilib. Onların hər ikisinin gələcəkdə də qurum daxilində başqa vəzifələrdə fəaliyyət göstərəcəyi gözlənilir.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …