
GADTB: Əli Xameneinin dəfn mərasiminin ilkin hissəsi cümə axşamı axşam saatlarından etibarən İranın bəzi hərbi və siyasi rəsmilərinin iştirakı ilə başlasa da, İranın yeni ali rəhbəri olduğu iddia edilən Müctəba Xamenei bu mərasimdə hələlik görünməyib.
İranın yeni Sepah komandanı Əhməd Vəhidinin Tehranın mərkəzində, Əli Xameneinin keçmiş iqamətgahının yaxınlığında keçirilən mərasimdə çəkilmiş görüntülərinin yayılması mediada geniş əks-səda doğurub. O, cümə axşamı axşamı Əli Xameneinin tabutu yanında görüntülənib.
Məlumatlara görə, bu, Əli Xameneinin 9 esfənd tarixində öldürüldüyündən sonra Əhməd Vəhidinin ilk ictimai görünüşüdür. Bununla belə, həmin tarixdən bəri Müctəba Xameneiyə aid hər hansı foto, səs yazısı və ya əlyazma ictimaiyyətə təqdim edilməyib.
Bildirilir ki, Əli Xameneinin dəfn mərasimi hökumətin geniş təbliğatı ilə Tehran, Qum və Məşhəd şəhərlərində keçiriləcək. Eyni zamanda, xəbərlərdə mərasimdə iştirak edən yüksək səviyyəli xarici rəsmilərin sayının məhdud olduğu və yalnız az sayda dövlət rəhbərinin iştirak etdiyi qeyd olunur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi