Bazar , Noyabr 29 2026
azfa

Müctəba Xameneiyə aid olduğu bildirilən keçmiş Hilton hoteli Britaniya şirkətinə verildi

GADTB: Frankfurt yaxınlığında yerləşən keçmiş lüks Hilton hoteli, Müctəba Xameneinin maliyyə şəbəkəsinə aid olduğu bildirilən aktivlərdən biri kimi, bağlanma və müflisləşmə prosesindən sonra yeni sahibə keçib. Müflisləşmə işinin ləğvedicisi Yoahim Kune hotelin sahibi olan şirkətin Britaniyanın “Kamer Qrupu” investisiya şirkətinə verildiyini təsdiqləyib, lakin sövdələşmənin məbləğini açıqlamayıb.

İranlı iş adamı və hotelin əvvəlki sahibi Əli Ənsari mediada Müctəba Xameneinin ört-basdır fiquru kimi təqdim edilib. O, İslam Respublikasının rəhbəri ilə əlaqəsinin olduğunu inkar edir. Lakin Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi sanksiyalar Avropa və Amerika şirkətlərinin onunla hər hansı əməkdaşlığını qadağan edir.

Məhz bu sanksiyalar hotelin fəaliyyətini və mülkiyyətinin başqasına verilməsini çətinləşdirmişdi. 2024-cü ildən hotelin idarəçiliyini həyata keçirən Hilton Qrupu da sanksiyalar tətbiq edildikdən sonra sahibi ilə bağladığı müqaviləni ləğv edib.

Həmçinin yoxlayın

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …

Zəncanda Kalsimin şirkətinin işçilərinin etirazı ikinci gündür davam edir – Video

GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci …