Şənbə , Oktyabr 17 2026
azfa

Muğan bölgəsində daşqınlar nəticəsində həyatını itirənlərin sayı artdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Güney Azərbaycanın Germi və Biləsuvar bölgələrində baş verən daşğın nəticəsində həyatını itirənlərin sayı artıb.

Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyətinin yaydığı məlumata görə, iyunun 14-ü axşam saatlarında güclü yağışdan sonra baş verən sel nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Meyitləri tapılan təbii fəlakət qurbanlarının dördünün 7,8,12 və 13 yaşlı qız uşaqları olduğu bildirilib.

Bununla yanaşı bölgə əhalisinə külli miqdarda xəsarət dəyib, yüzlərlə mal-heyvan tələf olub, yollar, elektrik xətləri və su kəmərləri dağılıb.

Hazırda Germi-Biləsuvar yolu bağlanıb, nəqliyyatın hərəkətinin mümkün olmadığı üçün adı çəkilən bölgələrdə içməli su və ərzaq çatışmazlığı yaranıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …