GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbriz şəhərinin fəallarinın çağırışından sonra Muğanın Parsabad şəhərində, eləcə də Ərdəbil şəhərində azərbaycanlı fəallar divarlara Babək qalasına yürüşə çağırışla bağlı şüarlar yazıblar.
Azərbaycanlı fəallar hər kəsi iyul ayının 5-i və 6-da Babək qalası mərasimində iştirak etməyə və Babək qalasına yürüşə çağırıblar.
Bununla bağlı azərbaycanlı fəallar şəhərin ən hərəkətli yerlərində divarlarda “İyulun 5-i və 6-da görüşümüz Babək qalasında” şüarlarını yazıblar.