Cümə axşamı , Oktyabr 15 2026
azfa

Mühacir kerdlər Urmiya küçələrinin tarixi adlarını əks etdirən tabloları dağıdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya şəhərinə  köçən terrorçu kürdlər Urmiyada küçələrin tarixi adlarını, şəhərin etnik və kimlik mənsubiyyətini əks etdirən tablolarını yenə dağıdırlar.

Urmiya şəhərinin İslami Şurasının Mədəniyyət və Sosial İşlər Komissiyasının sədri Əhməd Yusifi “kimlikləri bəlli olmayan” sakinlər tərəfindən küçələrin adını əks etdirən tablolarının dağıdıldığını və ya yerindən qoparıldığını bildirib.

Əhəd Yusifi həmçinin deyib: “Urmiya şəhərində küçələrin əski çağlardan qoyulmuş və əsl adlarının dağıdılması istiqamətində kimlərsə tərəfindən hərəkətlər qəbul olunmazdır. Şəhərimizin tarixi kimliyinə toxunma bizim qırmızı xəttimizdır. Sübutlara əsasən həmin hərəkətlərdə məqsəd tabloların dəmirlərinin oğurlanması olmayıb. Bu qəsdən və məqsədyönlü fitnələrdır”.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …