Bazar , Oktyabr 18 2026
azfa

Urmiya gölü bərpa edilməsə, daha böyük faciələrə yol açacaq

Urmiya Gölü Bərpası Qərargahı Komitəsinin keçmiş rəhbəri Məhəmməd Hüseyn Həsənzadə ekoloji fəlakətin təsəvvür edildiyindən daha böyük faciələrə yol açacağı barədə xəbərdarlıq edib. O, bu barədə ekoloji problemlə bağlı qatıldığı dəyirmi masada deyib.

Həsənzadə Urmiya gölünün bərpa edilməyəcəyi təqdirdə yalnız Azərbaycan əyalətlərinin deyil, bütün İranın bu ekoloji böhrana görə qaranlığa sürüklənəcəyini söyləyib.

Ekoloq problemin həllinə mane olan bütün bəhanələri əsassız adlandırıb və gölün bərpasını təmin etmək üçün bir sıra kənd təsərrüfatı layihələrinin dayandırılmasının vacibliyini vurğulayıb.

O, bölgədə sənayenin inkişaf etdirilməməsini və bölgə sakinlərinin həyatının yalnız əkinçilikdən asılı edilməsini böyük səhv hesab edib, bunun ekoloji problemin meydana gəlməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …