Cümə axşamı , Noyabr 19 2026
azfa

Türkiyə, Azərbaycan, Gürcüstan birgə hərbi təlim keçirirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə, Azərbaycan, Gürcüstan birgə hərbi təlim keçirirlər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Züki Aktürk həftəlik brifinqdə söyləyib.

O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın axtarış və xilasetmə bölmələri hərbi təlimdə iştirak edirlər.

Z. Aktürkün sözlərinə görə, manevrlərin məqsədi bölmələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

Həmçinin yoxlayın

Zəncanda ustad aşıq “Müslüm Əsgəri”nin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” mərasimi keçiriləcək

GADTB: Zəncanın “İşraq” Ədəbi Birliyi ustad aşıq Müslüm Əsgərinin vəfatının birinci ildönümü münasibətilə “El Aşığı” …

Təbrizdə qanlı hadisə: hakim, həyat yoldaşı və azyaşlı övladı öldürülüb

GADTB: Çərşənbə günü axşam saatlarında silahlı şəxs Təbrizin Heydərabad məhəlləsində Xana (Piranşəhr) məhkəmə sisteminin hakimi …