Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Nəmniq meşələrində yanğın genişlənir: Avadanlıq çatışmazlığı və çətin keçid söndürmə işlərini iflic edib – Video

GADTB: Nəmniq meşələrində baş verən yanğın hər dəqiqə daha da genişlənir. Əraziyə kifayət qədər avadanlıq və texnika göndərilmədiyi üçün yanğının söndürülməsi istiqamətində ciddi və təsirli tədbirlər həyata keçirilmir.

Yerlı qüvvələrin məlumatına görə, bölgənin son dərəcə çətin keçilən olması səbəbindən yerüstü qruplar yanğının əsas ocaqlarına yaxınlaşa bilmir və bu da söndürmə əməliyyatını faktiki olaraq dalana salıb. Mütəxəssislər bildirirlər ki, alovun qarşısının alınması üçün mütləq şəkildə yanğınsöndürmə təyyarəsi və helikopterlərdən istifadə olunmalıdır.

Yayılan görüntülər də bazar günü səhər saatlarında çəkilib və yanğının geniş miqyas aldığını aydın şəkildə göstərir.

Maraqlıdır ki, mediada və müxtəlif rəsmi qurumlar tərəfindən Mazandaran meşələrindəki yanğınlara helikopter və təyyarə göndərilməsi barədə ard-arda xəbərlər yayımlansa da, Culfada yanan bu meşələrlə bağlı heç bir sual verən yoxdur.

Bu meşələr nə vaxta qədər yanmalı və sonra da “yanğın təbii şəkildə söndü” deyilməlidir?

Niyə Azərbaycanın bu bölgəsinə heç bir yanğınsöndürən texnika göndərilmir? Niyə məsul qurumlardan heç biri bu məsələ ilə bağlı cavab vermir?

Nəmniq meşələri Azərbaycanın mühüm ekoloji sərvətlərindən biridir və onların görməməzlikdən gəlinməsi qəbulolunmazdır.

https://t.me/GADTB1/46537

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …