Cümə axşamı , Dekabr 26 2024
azfa

Netanyahu İran adlanan ölkəyə xəbərdarlıq etdi

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, 2017. / AFP PHOTO / POOL / RONEN ZVULUN

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail Suriyada  İran adlanan ölkə əleyhinə fəaliyyətini davam etdirəcəyini bildirib. 

bu açıqlamanı İsrailıin baş naziri Benyamin Netanyahu verib. Aşdod limanında ABŞ-a məxsus esminesin göyərtəsində çıxış edən B.Netanyahu Suriya və İrana ciddi xəbərdarlıq edib.

“Biz İranın Suriyadakı hərbi birləşmələrindən və tərəfdarlarından özümüzü qorumaq üçün qətiyyətlə hərəkət etməkdə davam edəcəyik. Prezident Donald Tramp bizim siyasətimizi tamamilə dəstəkləyir. Məhz bu esminesin bu gün Aşdododa olması Amerikanın dəstəyinin ifadəsidir. Bu son 19 ildə ABŞ esminesinin Aşdod limanına ilk səfəridir və İsrail-Amerika alyansının möhkəmliyinin rəmzidir”,-Netanyahu belə deyib.

Qeyd edək ki, “Ross” esminesi “Aegis” raketdən müdafiə sistemi ilə təchiz olunub. Gəminin əsas zərbə silahı qanadlı “Tomahawk” raketləridir. 2017-ci ilin aprel ayında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Porter” esminesi ilə birlikdə “Ross” gəmisindən Suriyanın Homs əyalətindəki  hərbi hava bazasına 60 “Tomahawk” raketi atılıb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın