Şənbə , Mart 15 2025
azfa

Nizami Gəncəvinin Azərbaycan şairi olması gerçəyi yenidən İran mediasını özündən çıxardı

GADTB: “Donya-e-eqtesad” saytı qərəzli şəkildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun təqvimində Nizami Gəncəvinin Azərbaycan şairi, Rudəkinin Tacikistan, Mövlananın (Cəlaləddin Rumi) isə Türkiyə şairi olması ilə bağlı açıqlamalara etiraz edib.

Sayt yazıb ki, bu məsələyə sərt reaksiya verilib. Saytın iddiasına əsasən, İƏT-in Mədəniyyət İnstitutu bununla bağlı yazıb: “Bəzi KİV-lərdə institutun 2025-ci ilin illik təqvimində “iranlı şairlərin” institutun digər üzv ölkələrinin şairi kimi təqdim etməsi yalandır”.

Qeyd edək ki, Nizami Gəncəvi dünyada dahi Azərbaycan şairi kimi qəbul edilsə də, indinin özündə belə İranda ona sahiblənmək iddiaları hələ də bitmir. Belə əsassız fikirlərə, İran mətbuatında daha çox rast gəlinir. İran dövlət rəsmiləri isə fürsət düşən kimi Nizaminin fars olduğunu deməkdən heç də utanmırlar./ Azad İran

Həmçinin yoxlayın

BMT: “İran hökuməti qadınları, milli azlıqları və müxalifəti sıxışdırmağa davam edir”

GADTB: Dünən BMT-nin Faktaraşdırıcı Komitəsini hesabatında bildirib ki, İran rəsmiləri ölkədə sistemli şəkildə insan hüquqlarını …

Güney Azərbaycanda 3000 illik tarixi kitabə dağılmaq üzrədir

GADTB: Güney Azərbaycanın Əhər bölgəsinin Şüşə kəndində 3000 illik tarixi kitabə İranın Mədəni İrs İdarəsinin …