Cümə axşamı , Dekabr 26 2024
azfa

Onlarla İran saytı Qarabağı müstəqil ölkə kimi təqdim etməklə buraya turist səfərlərini təbliğ edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan xəbərə görə, İranın “Kocaro”, “Camnyuz”, “Pulnyuz”, “Otaqxəbər 24” və başqa saytları Azərbaycan Respublikasının əzəli ərazisi olan Dağlıq Qarabağı müstəqil ölkə adlandırmaqla “Qarabağa səfər” adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə turların təşkilini və turist cəlb etməyi təbliğ edirlər.

Saytın dərc etdiyi materialda yazılır: “Qarabağ İranla sərhəd olan müstəqil məntəqənin adıdır. Bura son dövrlərdə turizm sahəsində çoxlarının diqqətini özünə cəlb etmişdir. Bu kiçik məntəqə təbiət baxımından, eləcə də çox sayda tarixi, dini abidələr, o cümlədə kilsə və məbədələrə malik olmaqla turist üçün arzuolunan yerdir. Çox sayda təbiətsevər və dini turistin diqqətini cələb edir. Özünü müstəqil respublika elan etmiş Naqorno Qarabağ müstəqil bir məntəqə olmuş, Azərbaycan, Ermənistan və İranla həmsərhəddir”.

Qeyd edək ki, İran adlanan ölkənin bu addımı Azərbaycanın ərazi bütövlüyünü pozma cəhdini tanımaq kimi dəyərləndirilə bilər və özünü müsəlmanların himayədarı adlandıran bir ölkəyə yaraşmayan hərəkətdir. Onların bu iyrənc və qanunsuz hərəkəti Azərbaycanın əzəli ərazisi Dağlıq Qarabağı həm müstəqil ölkə kimi tanıtmağa cəhd, həm də separatçı rejim üçün maliyyə mənbəyi qazandırmaqdır.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın