Çərşənbə , İyun 10 2026
azfa

Oslo şəhər meri Azərbaycanla Norveç əlaqələrinə həsr olunan sərgini ziyarət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Norveçin paytaxtı Oslonun Aker Brygge bulvarında, Azərbaycanla Norveç əlaqələrinə və dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev arasında olan dostluq münasibətlərinə həsr edilən “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi fəaliyyət göstərir.

Oslo şəhər meri Marianne Borgen sərgi ilə yaxından tanış olub və burada toplaşanlar qarşısında öz fikirlərini bölüşüb. “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpuru möhtəşəm sərginin keçirilməsi münasibətilə təbrik edən Marianne Borgen, bu cür tədbirlərin iki ölkə arasında əlaqələrin inkişafında oynadığı rolu qeyd edib: “Bu cür təşəbbüslər, xüsusilə, bu günlər daha çox əhəmiyyət daşıyır. Mən çox şadam ki, Oslonun mərkəzində təşkil edilən bu sərgi çox vacib mesajlar daşımaqla yanaşı, Tur Heyerdalın izi ilə Azərbaycana səfər etməyə imkan verəcək. Layihə həm də mədəniyyətlərimiz arasında əlaqələrin möhkəmləndirilməsinə müsbət təsir göstərir”.

Qeyd edək ki, açıq hava altında başlayan sərgi, bundan sonra Tur Heyerdalın uşaqlıq ev-muzey kompleksində davam edəcək.

Həmçinin yoxlayın

Urmiyada mərhum ustad İsa Nəzərinin vəfatının qırxı mərasimi keçirilib- Video

GADTB: Tanınmış jurnalist və Azərbaycan milli fəallarından biri olan mərhum İsa Nəzərinin vəfatının qırxıncı günü …

ABŞ İran daxilində 20 hədəfə zərbə endirdiyini açıqladı

GADTB: ABŞ-ın yüksək vəzifəli rəsmilərindən biri Fox News telekanalına bildirib ki, çərşənbə axşamı gecəsi həyata …