Bazar ertəsi , May 25 2026
azfa

Paşinyan: “İrəvan Ermənistan və İranın yaxşı və dərin əlaqələrinə sadiq qalacaq”

GADTB: İRNA xəbər verir ki, bu gün ölkəsinin İran ilə çox dərin əlaqələri olduğunu vurğulayan Ermənistanın baş Naziri Nikol Paşinyan İrəvanın bundan sonra da bu əlaqələrə sadiq qalacağını bildirib.

Məlumata görə, o, Münhendə  erməni nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə deyib: “İranla yaxşı münasibətlərimiz bəzi ölkələrlə gərginliyə səbəb olur, digər ölkələrlə isə yaxşı əlaqələrimiz İranla gərginlik yaradır. Bizim xarici siyasətimizin məqsədi ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaqdır”.

2020-ci il 9 noyabr tarixili Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli bəyanata toxunan Paşinyan iddia edib: “Rusiya sülhməramlıları 2020-ci il müharibəsi zamanı öz vəzifələrini verinə yetirməyiblər. Həm Rusiya, həm də Azərbaycan bu bəyanatın öhdəliklərini pozublar və bu gün Qarabağda heç bir erməni qalmayıb”./ Azad İran

Həmçinin yoxlayın

Yol qəzasında həlak olan Təbrizdəki Azərbaycan konsulunun cənazəsi Azərbaycana gətirilib

GADTB: Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat …

CBS: Müctəba Xameneinin gizlənməsi ABŞ-la mümkün razılaşma prosesini ləngidir

GADTB: CBS telekanalı ABŞ hökumətindəki “mövzu ilə tanış rəsmilər”ə istinadən yayımladığı hesabatda bildirib ki, Müctəba …