Bazar , Oktyabr 18 2026
azfa

Pezeşkian islahatçı anti-türk ünsürləri vəzifələrə təyin edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əsasən Azərbaycan türklərinin səsi ilə prezident seçilən Pezeşkian islahatçı anti-türk ünsürləri vəzifələrə təyin etməyə başlayıb.

Məsud Pezeşkian 73 yaşlı islahatçı siyasətçi Məhəmmədrza Arifin ölkənin birinci vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu barədə İran Prezidentinin rəsmi saytı məlumat yayıb.

Məhəmmədrza Arif əvvəllər Məhəmməd Xatəminin 1997-2005-ci illərdə prezidentliyi dövründə birinci vitse-prezident vəzifəsində çalışıb.

O, habelə Tehran şəhərindən İran parlamentində millət vəkili və bu günə qədər Mədəni İnqilab üzrə Ali Şuranın və ölkənin Məsləhət Şurasının üzvü olub.

Pezeşkian digər bir islahatçı şovinisti prezident aparatının rəisi təyin edib.

O, Ruhani dövründə təhsil naziri işləmiş Möhsün Hacımirzaini prezident aparatının rəisi təyin edib. Bu da islahatçı qanaddandır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …