Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

PKK terrorçularının sivil insanları qətliam etdiyi mağara ilə bağlı şok fakt

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK İraqın Qara bölgəsində Qərbin dəstəyi ilə terror hadisəsini həyata keçirib.

Bu sözləri türkiyəli ekspert Coşqun Başbuğ deyib.

“İraqın Qara bölgəsindəki mağaranın öncəkilərə bənzər əlverişli strateji mövqedə yerləşməsi diqqət çəkir. Diqqətçəkən mənzərə ortaya çıxır. Bu mənzərəni yaradan kimlərdir? Bu işin arxasında kimlər var? Yenə eyni qüvvələr… Yəni, imperialist Qərb – Amerika, Almaniya və Fransa… Baş Qərargah rəisi Yaşar Gülərin açıqlamaları var. 60 faizlik maililikdən bəhs edir. Hərbi təyyarələrimizin görərək atəş edə bilməyəcəyi yerdən danışır. Belə bir strateji hədəf seçmək üçün əvvəla, həmin ölkənin imkan və qabiliyyətini yaxşı bilməlisiniz. Hərbi strategiya qurmalısınız. Bütün bunlar terror qruplaşmasının bacaracağı işdirmi? Yəni, qruplaşmanın topladığı uşaq-muşaq bunu edə bilərmi? Təbii ki, xeyr. Burada bir hərbi məntiq və strategiya hazırlanıb”, – deyə ekspert bildirib.

Qeyd edək ki, İraqın Qara bölgəsindəki mağaradan 13 Türkiyə vətəndaşının cəsədi tapılıb. Onlar PKK qruplaşması tərəfindən vəhşicəsində qətlə yetirilib.

Həmçinin yoxlayın

“Elektra” tamaşasının dramaturqu: Təbriz teatrının dili türkcə olub

GADTB: Türkcə səhnələşdirilən “Elektra” tamaşasının dramaturqu Mehdi Vəlizadə Fərd Təbrizdə teatr dilində baş verən dəyişikliklərə …

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …