Qərbin Moskvaya qarşı geniş sanksiyalarından sonra ruslar Ermənistana axını etdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən və beynəlxalq ictimaiyyət, özəlliklə Avropa İttifaqı, Amerika, Böyük Britaniya və transmilli iri korporasiyalar tərəfindən Moskvaya qarşı görünməmiş sanksiyalar tətbiq edildikdən sonra minlərlə Rusiya vətəndaşı Ermənistana axın edib.

Müharibə səbəbi ilə Qərb şirkətlərinin yüzlərlə əməkdaşı Rusiyanı tərk etdiyi bir vaxtda bu ölkənin müxtəlif şəhərlərindən Ermənistanın paytaxtı İrəvana gündəlik 30-dan çox uçuş reysi həyata keçirilir.

Təyyarələrdəki sərnişinlər əsasən Rusiyanın tezliklə sərhədlərini bağlayacağı ilə bağlı martın əvvəlindən yayılan şayiələrdən sonra ölkəni tərk etməyə üstünlük verən Rusiya vətəndaşlarıdır.

Bir çox ruslar gələcək üçün heç bir dəqiq planları olmadan mühacirət edirlər və özləri ilə yalnız bir neçə şəxsi əşya və kimlik sənədlərini aparırlar.

Xatırladaq ki, Rusiya vətəndaşlarından Ermənistana daxil olmaq üçün viza tələb olunmur.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …