Cümə , Dekabr 27 2024
azfa

Qəzvin və Təbrizdə bir neçə sənaye müəssisəsi bağlanır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Təbrizdə Kombayn Zavodu iqtisadi böhran üzündən bağlanmaq ərəfəsindədir. Bu zavodun işçiləri məcburiyyət qarşısında etiraz aksiyası keçiriblər. Qəvzində isə fəaliyyət göstərən Fulad Qəzvin və Arman Şəfəq zavodları 12 il fəaliyyətdən sonra müvəqqəti olaraq işini dayandırıblar. Həmin zavodların yüzlərlə işçisi etiraz aksiyası keçiriblər.

Məlumata görə, ötən il yay aylarında “Fulad Qəzvin” və “Arman Şəfəq” zavodları Takistan Ədliyyə Şöbəsinin İflas İşləri üzrə Mərkəzi tərəfindən bir fiziki şəxsə verilib. Həmin şəxslə müqavilə müddəti bitmədən, cümə axşamı günü zavodlarda işlər müvəqqəti olaraq dayandırılıb. Buna səbəb şirkət rəhbərliyinin öz öhdəliyinə əməl etməməsi və sənaye müəssisələrində yaranan problemlərdir.

“Fulad Qəzvin” və “Arman Şəfəq” zavodlarının işçiləri şirkətin keçmiş sahibinin dövründə 7 ay, yeni sahibinin dövründə isə 1 ay əmək haqqı almadıqlarını bildirirlər. Əmək haqlarını tələb edən işçilər zavodların gələcək fəaliyyəti ilə bağlı da səlahiyyətli orqanlardan yardım gözləyirlər.

 

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın