Şənbə , Yanvar 16 2021
azfa

Qarabağ cəbhəsindən son xəbərlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu7 gün Murovdağda Ermənistan Ordusunun 20 nəfər hərbi qulluqçusu “Harop” atışıyla məhv edilib.

Bu gün cəbhənin şimalında – Murovdağ yüksəkliyi yaxınlığındakı yüksəklikdə düşmənin bölmələri çıxılmaz vəziyyətə düşüb. Kömək məqsədi ilə əraziyə göndərilən Ermənistan Ordusunun 20 nəfərlik bölməsi “Harop”un bir zərbəsi ilə tamamilə məhv edilib.

Həmçinin Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə “Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir”, nazirlikdən bildirilib.

Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.

Eyni zamanda Azərbaycan ordusunun hərbçiləri erməni silahlı bölmələrinin bir neçə  hərbi texnika və maşınlarını ələ keçirib.

Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xarakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı erməni hərbçilərinin bir neçəsi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar.

Bundan başqa, ermənilər ağır artilleriya qurğularından cəbhə xətti boyu mülki əhalini hədəfə alaraq yaşayış məntəqələrini atəşə tutublar. Atılan mərmilərdən biri Tapqaraqoyunlu kəndinin ərazisində boş sahəyə digəri isə  Naftalan-Qaşaltı-Tapqaraqoyunlu magistralına düşüb. Nəticədə magistrala düşən mərmi mülki şəxsə məxsus “VAZ-21011” markalı avtomobilə ziyan vursa da mərmilərin düşdüyü ərazilərdə dağıntı və tələfat olmayıb.

Hazırda cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və  Azərbaycan ordusunun hərbiçiləri tərəfindən düşmənə layiqli cavab verilir.

Həmçinin yoxlayın

İranın edam etmək istədiyi azərbaycanlı siyasi məhbusun anası oğlu barədə müsahibə verdi -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin edama məhkum etdiyi azərbaycanlı alim və …

Təzyiqlərə son qoyulmasa azərbaycanlı fəal quru aclıq aksiyası keçirəcəyini bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə həbsdəa saxladığı Yusif Kari …

Bir cavab yazın