Qaşqay türklərinin də yaşadığı Yasuç şəhərində 5,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində yaralananların sayı artaraq 84-ə çatıb. Dena dağında uçqun nəticəsində yarıköçərilərin ölüb və yayaralanması ehtimal olunur.
Məlumata görə may ayının 2-də yerli vaxtla sübh saat 08:38 radələrində, 5,2 bal gücündə zəlzələ Kohkiluye və Boyer Əhməd vilayətinin mərkəzi olan Yasuc şəhərinin yaxınlığındakı Sisəxt məntəqəsində baş verib.
Zəlzələnin ocağı, Yasuc şəhərinin 19 kilometrliyində, yerin 8 km dərinliyində qeydə alınıb. Zəlzələ, ətraf şəhər və kəndlərində də hiss olunub. Zəlzələ nəticəsində bir çox evlərdə çatlar əmələ gəlib, ən azı 84 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Zəlzələ, bəzi məntəqələrdə telefon, qaz, işıq və su xətlərinin sıradan çıxmasına səbəb olub. Bölgəyə xilasedici qüvvələrin cəlb edildiyi bildirilir.