Bazar , Oktyabr 18 2026
azfa

Qazaxıstan Rusiya ilə siyasi ittifaqa girməyəcəyini bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində inteqrasiya yalnız iqtisadi yöndə baş tutmalıdır.

Bunu Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldibay deyib.

 “Moskvada keçirilən II Avrasiya İqtisadi Forumunun tədbiri zamanı prezident hazırda geniş müzakirə olunan bir sıra bəyanatlar verib. Bununla bağlı qeyd etmək istərdim ki, dövlət başçısının əsas mesajı Aİİ çərçivəsində inteqrasiyanın yalnız iqtisadi yolla getməsi ilə bağlıdır. Tokayev vurğulayıb ki, bu çərçivədən kənara çıxmaq Aİİ-nin nizamnamə sənədlərinin məqsəd və vəzifələrini pozacaq. Qazaxıstan heç bir ittifaq dövləti yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil və planlaşdırmır”, – Jeldibay bildirib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …