Bazar , Sentyabr 24 2023
azfa

Rəcəb Tayyib Ərdoğandan Avropa İttifaqına sərt təpki

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün ABŞ-a səfər edib.

Türkiye Prezidenti ABŞ-a səfər etməzdən əvvəl Atatürk Hava Limanında mətbuat konfransı keçirib.

Çıxışında Azərbaycanla Ermənistan arasındakı gərginliyə toxunan Türkiye Prezidenti deyib: ”Bizim rəhbərliyimizdə üçtərəfli görüşlə bağlı təklifimizi çatdırdıq”.

İsveçin NATO-ya üzvlüyü ilə bağlı Ərdoğan deyib:

”Parlamentimiz qərar vermədiyi müddətcə bizim İsveçin NATO-ya üzvlüyü ilə bağlı “hə” və ya “yox” deməyimiz mümkün deyil və ilk olaraq, İsveç öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir”.

Ərdoğan Avropa Parlamentinin Türkiye ilə bağlı hesabatını da qiymətləndirən Türkiye Prezidenti deyib: ”Avropa İttifaqı Türkiyədən qopmağa çalışır. Biz də bu inkişaflara qarşı qiymətləndirmə etdikdən sonra lazım gələrsə, onunla yollarımızı ayıra bilərik”.

Həmçinin yoxlayın

Təbrizdə ana dili ilə bağlı divarlara şüarlar yazıldı

Təbriz şəhərində azərbaycanlı fəallar yeni tədris ilinin başlaması ilə eyni vaxtda təhsil sisteminin təkdilli olmasına …

Erməni deputat: “30 il ərzində “Arsaxa” ən çox strateji yardım edən İran olub”

GADTB: İranda yaşayan ermənilərin “HUR” Tərcümə və Araşdırma Mərkəzi xəbər verir ki, Ermənistan parlamentinin keçmiş …