Cümə axşamı , Oktyabr 15 2026
azfa

Rafael Qrossi: İranla mövcud məsələlərin razılaşdırılmasında heç bir irəliləyiş yoxdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi qurumun Rəhbərlər Şurasının iclasında bildirib ki, İranda nüvə silahı istehsal etmək üçün texniki imkanlar və Tehranın nüvə doktrinasında mümkün dəyişikliklərlə bağlı daha çox açıq bəyanatlar verilməsi MAQATE-nin təminatları ilə bağlı bəyanatlarının düzgün və tam olması ilə bağlı narahatlığını artırıb.

Qrossi vurğulayıb ki, ötən ay Tehrana səfər etməsinə baxmayaraq, İranın təcrübəli müfəttişlərə qarşı çıxması addımına təəssüflənir.

Rafael Qrossi həmçinin deyib: “İranla müharibə yeganə variant olsa belə, mən bunu dəstəkləməyəcəyəm. Prezident seçkisindən sonra bu ölkə ilə nüvə proqramına dair danışıqları davam etdirmək istəyirik”.

O, hazırda İranın zənginləşdirilmiş uran istehsalına texniki cəhətdən hazır olduğunu deyib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …