Cümə , Oktyabr 11 2024
azfa

Rejim azərbaycanlı fəallar Əyyub Şiri və Babək Hüseyni Müqəddəmi mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqi fars rejim azərbaycanlı milli-mdəni fəallar Əyyub Şiri və Babək Hüseyni Müqəddəmi mühakimə edib.

Azərbaycanlı milli-mədəni fəal Əyyub Şiri və Babək Hüseyni Müqəddəm şərlənərək “Rejimə qarşı təbliğat aparmaq” və “Qanunsuz GAMAC təşkilatına üzv olmaq”da ittiham edətmiş və həmin saxta ttihanlarla mühakimə edib.

Azərbaycanlı fəallar iyulun 14-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsində məhkəmə keçirilib. İnqilab məhkəməsinə sədrlik edən hakim Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbər olub.

Qeyd edək ki, Təbriz şəhəri sakini olan Əyyub Şiri bundan öncə Təbriz Cinayət Məhkəməsinin 2-ci şöbəsi tərəfindən “İctimai asayişi pozmaq”da günahlandırılaraq 12 ay həbs və 74 şallaq zərbəsinə məhkum edilib. Lakin milli fəal barəsində çıxarılan hökmün icrası bir il təxirə salınıb.

Azərbaycanlı fəal 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla digər fəalla birlikdə yaxalanmışdır.

Azərbaycanlı milli fəal Babək Hüseyni Müqəddəm isə 2019-cu ilin noyabr etirazları zamanı heç bir günahı olmadan yaxalanmışdır.

Hüseyni Müqəddəm bundan öncə isə 2008 və 2016 illərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, “Sistemə qarşı təbliğat aparmaq”da günahlandırılmış və 6 ay həbsə məhkum edilmişdir.

Həmçinin yoxlayın

Molla rejimi qüvvələrini geri çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və …

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 …

Bir cavab yazın