Rejim azərbaycanlı şair və yazıçını Xoy şəhərində qamçıladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim Güney Azərbaycanın qərində yerləşən Xoy şəhərində tanınmış şair, yazıçı və “Sözbaz news” Teleqram kanalının müdiri Məhəmməd Hüseyn Sodagəri qamçılayıb.

Məlumata görə Xoy Şəhər Şurasının rəisi Məcid Müqəddəmin yazıçıdan şikayət etməsinə görə ona 76 şallaq zərbəsi vurulub.

Rejimin ETTELAAT İdarəsi və təhlükəsizlik qüvvələrinin əlaltısı olan Məcid Müqəddəm məhkəmə orqanlarında olan nüfuzundan istifadə edərək, azərbaycanlı şairə qarşı şallaq hökmü çıxartdıraraq, icra etdirib.

“Sözbaz news” Teleqram kanalında göründüyü kimi, azərbaycanlı yazıçı Şura rəisinin doktorluq diplomu haqda ona bir neçə sual ünvanlayıb. O göstərib ki, Məcid Müqəddəmin yalnız yüksək lisans diplomu var və doktor olması ilə bağlı iddiası yalandır.

Məcid Müqəddəm bundan əvvəl seçkiqabağı təbliğat-təşviqat dönəmində reklam posterlərində doktor olaraq Şəhid Beheşti Universitetində müəllim işlədiyini yazıb. Halbuki, həmin universitetin müəllimlər siyahısında Məcid Müqəddəm adına rast gəlinmir.

Məhkəmə azərbaycanlı şairi bu məsələni ifşa etdiyinə görə 76 şallaq zərbəsinə məhkum edib.

Azərbaycanlı şairə qarşı orta əsr üsulu cəzanın tətbiqi rejimin nə dərəcədə irticaçı və ədalətsiz olduğunu bir daha sübut etdi.

Həmçinin yoxlayın

İsrail Mehrabad aeroportunda SEPAH-ın Qüds Qüvvələrinin Hizbullaha silah daşıyan 16 təyyarəsini məhv edib

GADTB: İsrail Hərbi Hava Qüvvələri Tehrandakı Mehrabad hava limanında SEPAH-ın Qüds Qüvvələrinin 16 təyyarəsini məhv …

Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir

GADTB: Son hadisələr fonunda Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təmin etmək üçün mərhələli planlar hazırlanır. …

Bir cavab yazın