Rejim azərbaycanlı fəal Əli Əzizini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Əli Əzizi üçün təyin edilən mülki vəsiqə qərarını ağırlaşdırılaraq onu həbs etmişdir.

Azərbaycanlı fəal 2019-cu il iyunun 2-də rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 6-cı şöbəsində keçirilən məhkəmə iclasına qatılıb. Fəalın yaxınlarının verdiyi məlumata görə, fəala saxta “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittiham irəli sürülüb və onun müvəqqəti zaminə buraxılması üçün təyin edilən mülki vəsiqə qərarı 150 milyon tümən məbləğinə qaldırılıb. Bunun üçün azərbaycanlı fəal həbs edilib.

Həmin fəalla yanaşı məhkəməyə çağırılan Əta Kərimi isə ona rəsmi çağırış vərəqəsi göndərilmədiyi üçün məhkəməyə getməkdən imtina edib.

Qeyd edək ki, Əli Əzizi və Əta Kərimi mayın 1-də telefon vasitəsi ilə məhkəməyə çağırılmışdır.

Həmçinin yoxlayın

Ərdoğan: Biz Suriyaya addım atmadıq, ancaq Suriyanı indiki vəziyyətinə gətirdik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya addım atmadıqları …

Güney Azərbaycandan olan fəallar Azərbaycan hökuməti ilə həmrəylik nümayiş etdiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, Güney Azərbaycandan …

Bir cavab yazın