GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı fəal Əkbər Mühaciri qaynatasının dəfn mərasimində buraxmadı. Rejimin ETTELAAT İdarəsi fəala dəfn mərasimində qatılmağa icazə verməyib.
Beləliklə azərbaycanlı fəal yanvarın 22-də vəfat edən qaynatasının dəfn mərasimində iştirak edə bilməyib.
Qeyd edək ki, hazırda irqçi fars rejimin Təbrizdəki ETTELAAT İdarəsinin təcridxanasında saxlanılan azərbaycanlı milli fəal Əkbər Mühaciri 2019-cu il noyabrın 24-də yaxalanıb. Fəalı yaxalamaq üçün rejimin 10 nəfərdən çox ETTELAAT məmuru onun evinə hücum çəkib və həyat yoldaşı, eləcə də övladının gözü qarşısında onu döyərək əllərinə qandal vurmuçlar. Rejim belə vəhşiliklə fəalı yaxalamışdır.