Şənbə , Aprel 20 2024
azfa

Rejim iqtisadiyyatı üçün çox sayda azərbaycanlı işçini koronavirusa yoluxdurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi iqtisadiyyatını qorumaq naminə çox sayda azərbaycanlı işçini koronavirusa yoluxdurdu. Artıq Urmiyanın neft-kimya sənayesi işçilərindən 37-i koronavirusa yoluxub.

İstehsal müəssisələrinin bağlandığı günlərdə Urmiyada neft-kimya sənayesi işlədiyi üçün işçilərin bəzisi koronavirusa yoluxub.

Buna səbəb bu müəssisədə sağlamlıq qayda qanunlarına əməl edilməməsi və koronavirusun yayılmasından sonra sənayenin işləməsi olub.

Azərbaycanlı millət vəkili Nadir Qazipur da məsələyə toxunaraq bildirib ki, Neft-Kimya şirkəti işçiləri təmizlik və sağlamlıq prinsiplərinə riayət etmədən işlədib. 37 işçisi koronavirusa tutulub.

O deyib: “Ümid edirik ki, əyalət məsulları, o cümlədən Qərbi Azərbaycan valisi, İmam cümə, Təavun idarəsi, Əmək, ictimai rifah və sağlamlıq mərkəzinin baş direktorları işçilərin həyatını qoruyacaq”.

Qeyd edək ki, molla rejimi koronavirusun pik həddində bütün müəssisə, idarə və zavodları açıb və hətta avtobul və metrolar da fəaliyyətə başlayıb. Bu isə iqtisadiyyat naminə xalqın qurban verilməsi deməkdir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın