Cümə axşamı , Fevral 12 2026
azfa

Rejim Tehranda azərbaycanlı fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslanini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin qüvvələri dünən 2019-cu il fevralın 20-də axşam saatlarında azərbaycanlı milli-mədəni fəallar Tohid Əmir Əmini və Kiyanuş Aslani Tehranın İnqilab meydanında yaxaladı.

Fəalların yaxınlarının bildirdiyinə görə, bundan öncə rejimin təhlükəsizlik qüvvələri fəalların Ərdəbildə yaşayan ailə üzvləri ilə əlaqə saxlayıb, onlara övladlarının mədəni fəaliyyəti ilə bağlı xəbərdarlıq etmişlər. onlar bildiriblər ki, Tohid Əmir Əmini və Kiyanuş Aslani fəaliyyətlərini davam etdirsələr, yaxalanacaqlar.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani Tehran Azad Universitetində “inşaat mühəndisliyi” ixtisası üzrə təhsil alır. Azərbaycanlı fəal Tohid Əmir Əmini isə Tehranda işlədiyi üçün bu şəhərdə yaşayır.

Azərbaycanlı fəalların hansı səbəbdən saxlandığı barədə hələlik heç bir məlumat verilmir. Onların tanınmış milli-mədəni fəal Abbas Lisaninin saxlanmasına Güney Azərbaycan şəhərləri və Tehranda edilən etirazlarla əlaqədar olduğu ehtimal edilir.

Azərbaycanlı fəallar Azərbaycan türk millətinin hüquqları uğrunda fəaliyyət göstərdikləri üçün bundan öncə də yaxalanıb və təzyiqlərlə qarşılaşmışlar.

 

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın