GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqşi fars rejimin ETTELAAT İdarəsi Qərbi Azərbaycanın Xoy şəhərində azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı ilə telefon əlaqəsi saxlayıb, onu hədələyib.
Azərbaycanlı fəala 2019-cu il noyabrın 11-də zəng edilib, o müəyyən məsələlərlə bağlı izahat vermək məqsədi ilə ETTELAAT İdarəsinə çağırılıb.
Cavad Əhmədi Yekanlı ETTELAAT İdarəsinə qanunsuz çağırılmasına sərt reaksiya verərək bildirib ki, ondan hər hansı şikayət varsa, bu işə məhkəmə baxmalıdır.
Qeyd edək 2019-cu il noyabrın 2-də rejimin Qərbi Azərbaycanda yerləşən Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi Cavad Əhmədi Yekanlı və daha iki azərbaycanlı milli-mədəni fəal barəsində bəraət hökmü çıxarıb.
Cavad Əhmədi Yekanlı bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə rejim tərəfindən təzyiq və həbsə məruz qalıb.