Cümə , Dekabr 27 2024
azfa

Rejimin ETTELAAT qüvvələri azərbaycanlı fəal Bəhmən Xaliqinin iş yerinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT qüvvələri Azərbaycanın Binab şəhərində milli-mədəni fəal Bəhmən Xaliqinin iş yerinə hücuma keçib.

Rejimin təhlükəsizlik qüvvələri 2019-cu il noyabrın 12-i səhər saatlarında Bəhmən Xaliqinin iş yerində axtarış aparıb, fəala aid kitablar, mobil telefonu və digər bir neçə şəxsi əşyanı müsadirə ediblər.

Azərbaycanlı fəal Bəhmən Xaliqinin noyabrın 16-da Təbrizdə rejimin ETTELAAT İdarəsinin 37-ci otağına müraciət etməsi tələb olunub. Lakin fəalın özünün də yaxalandığı söylənilir.

Qeyd edək ki, Bəhmən Xaliqi bundan əvvəl də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və müxtəlif təzyiqlərə məruz qalıb. Fəal rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs və 6 ay şərti həbs cəzasına məhkum edilmişdir.

Həmçinin yoxlayın

Ərəb Liqası İrana xəbərdarlıq etdi

GADTB: Ərəb Liqası İslam Respublikası hökumətini Suriyanın keçmiş prezidenti və İran hökumətinin köhnə müttəfiqi Bəşar …

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

Bir cavab yazın