Şənbə , Oktyabr 17 2026
azfa

Rejimin həbs etdiyi azərbaycanlı milli fəal xəstəxanaya yerləşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi milli fəal Hamid Yeganəpurun vəziyyəti ürək xəstəliyi səbəbindən həbsdə ağırlaşıb.

Günüy Azərbaycanın Marağa rbölgəsindən olan Hamid Yeganəpur noyabrın 7-də saxlanılaraq rejimin Təbrizdəki ETTELAAT İdarəsində həbs edilmiş və daha sonra vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ürək çatışmazlığından əziyyət çəkən azərbaycanlı fəal həkim müayinəsindən keçmək üçün Təbrizə getdiyi vaxt saxlanılıb.

Məlumata əsasən onun ürək xəstəliyi kəskinləşərək vəziyyəti ağırlaşmaqla həbs kamerasından Təbrizin Mədəni adına Xəstəxanasına köçürülüb. Hal hazıradək onun müalicə prosesi və yaxud yaxşılaşması barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …