Şənbə , İyun 13 2026
azfa

Rejimin həbsa etdiyi Kərim İsmayılzadə və Davud Rəhimi zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda etirazlarla bağlı irqçi fars rejimin yaxaladığı Kərim İsmayılzadə və Davud Rəhimi vəsiqə qarşılığında zaminə buraxılıb.

İrqçi fars rejimin iyulun 24-də Təbrizdə yaxaladığı azərbaycanlı fəal Davud Rəhimi iyulun 25-da Təbriz zindanına köçürülüb və iyulun 27-də 40 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.

İrqçi fars rejimin Təbrizdə yaxaladığı tanınmış azərbaycanlı boksçu və fəal Kərim İsmayılzadə (“Kərim Boksor”) də iyulun 27-də Təbrizin Ümumi və İnqilab Məhkəməsinə göndərilib və girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Bununla yanaşı Hadi Məhəmmədi də eyni gündə girov qarşılığında zaminə buraxılmışdı.

Bunlardan əlavə Ulduz Qasiminin Təbriz Zindanına köçürülməsi barədə məlumat verilsə də, Pərviz Siyabi, Nadir Sadiqian, Yusif Sələhşur, Məhəmməd Mərdi, Şahin Bərzgər, Əmir Səttari, Vəhid Əbhəri, Müctəba Əbdüli və Şəhruz Bərzgər barədə hələ də dəqiq məlumat verilmir.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …